YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Qəhrəmanova: İctimai-siyasi proseslərdə qadınların fəallığı artmaqdadır

«Dövlət müstəqilliyinin bərpasından sonra qadınların ölkənin, o cümlədən hər bir bölgənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı artıb. Bu istiqamətdə Ümummilli lider Heydər Əliyev tərfindən dövlət qadın siyasətinin əsası qoyulub». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

S.Qəhrəmanova bildirib ki, bu sahədə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət siyasətinin həyata keçirilməsində vacib strukturdur.

«Qadınların fəallığı nəticəsində təkcə ötən bələdiyyə seçkilərində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatıb. Bütün bunlar onu göstərir ki, ictimai-siyasi proseslərdə qadınların fəallığı artmaqdadır»- deyə, S.Qəhrəmanova vurğulayıb.