Xəbərlər
Dilarə Cəbrayılova: Təhsilin inkişafında yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi də mühüm rol oynayır
«Təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyillərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
D.Cəbrayılova bildirib ki, məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir.
«Bu həm də onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur»- deyə, D.Cəbrayılova qeyd edib.