YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası mətbuata daim açıq olan partiyadır

«Azərbaycan milli mətbuatı ötən dövr ərzində tarixi yol keçib. Bu gün kütləvi informasiya vasitələri çoxşaxəli fəaliyyət göstərir. Bununla yanaşı Azərbaycan mətbuatının qarşında ciddi  vəzifələr dayanır. Bu vəzifələrdən ən əsası Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü və bu təcavüzün ifşa olunmasında Azərbaycan mətbuatının apardığı fəaliyyətdir». Bu fikirləri YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında milli mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

M.Qurbanlı bildirib ki, mətbuatımız Ermənistanın ölkəmizə qarşı təcavüzünün beynləxlaq miqyasda ifşası üçün ciddi səylər göstərir. Onun fikrincə, bu istiqamətdə jurnalistlərin əməyi yüksək qiymətləndirilməlidir.

«Ölkəmizdə bu və ya digər məsələlərdə, hərbi vətənpərvərlik, milli ruhun gücləndirilməsi, dinimizin təbliğ və təşviqi, Azərbaycanın nailiyyətilərinin dünyaya çatıdırlması, Prezident İlham Əliyevin siyasətini, gördüyü işləri xalqa və dünya ictimai rəyinə çatdırılması istiqamətində mətbuatımız uğurlu fəaliyyət göstərir. Biz çoxpartiyalı sistemdə fəaliyyət göstəririk. Bu sistemdə mətbuatın yanaşmalarında fərqliliklər var və bu fərqlilik bizi ümummilli maraqlardan kənarda saxlamır. Biz çoxpartiyalı sistemdə, plüralist cəmiyyətdə yaşasaq da, hər birimizin vətəni Azərbaycandır və Azərbaycanın marağı hər şeydən ucadır. Əminəm ki, Azərbaycan jurnalistləri də milli maraqlarımızı, milli mənəvi dəyərlərimizi qorumaq üçün öz fəaliyyətini bundan sonra da əsirgəməyəcək»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı bildirib ki, YAP mətbuata daim açıq olan partiyadır: «Mətbuatla təmasda partiyamız bir xətt tutub ki, bu da mətbuatla fəal əməkdaşlıqdır. Partiyamızın «Yeni Azərbaycan» qəzeti kimi mətbuat orqanı var. Eyni zamanda, «Səs» və «İki sahil» qəzetləri də YAP-ın mövqeyini ifadə edən mətbuat orqanlarıdır. Bütün bunlarla yanaşı partiyamız digər KİV-lərlə də  hansı mövqedə dayanmasından, hansı siyasi təşkilatı təmsil etməsindən asılı olmayaraq daim əməkdaşlıq edir. Həmçinin, YAP-ın internet saytı fəaliyyət göstərir və partiyamızın fəalları internet resurslarından,  sosial şəbəkələrdən aktiv istifadə edirlər. Bütün bunlar bizim mətbuatla əməkdaşlığımızı daha da gücləndirməyi tələb edir. Biz mətbuatla daha geniş şəkildə təmas qurmağa tərəfdarıq. Hesab edirik ki, bu, belə də olmalıdır. Çünki mətbuat cəmiyyətin güzgüsüdür, dördüncü hakimiyyətdir».