Xəbərlər
Gövhər Baxşəliyeva: Azərbaycanda elmin təşviqi istiqamətində institusional tədbirlər həyata keçirilir
«Hər bir ölkənin inkişafı elmi potensialın səviyyəsilə də bilavasitə bağlıdır». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf prosesləri elmin inkişafı ilə bərabər götürülür. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.
«Elmin inkişafının təşviq edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Azərbaycanda elmin təşviqi istiqamətində institusional tədbirlər həyata keçirilir. Ümumiyyətlə, effektiv idarəetmə sisteminə, inkişaf etmiş və intellektual cəmiyyətə malik olan ölkələr dayanıqlı inkişafı təmin etmək üçün elmin təşviqinə dair zəruri tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirirlər. Mühüm strateji prioritet olan bu vəzifənin icrası istiqamətində görülən işlər həm elm və təhsilin inkişafına təkan verir, həm də kadr potensialının təkmilləşməsi prosesində mühüm rol oynayır»- deyə, G.Baxşəliyeva vurğulayıb.