YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri məhz 14 iyul 1969-cu il tarixidir

«Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri məhz 14 iyul 1969-cu il tarixidir. Çünki əgər o vaxt Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəlməsəydi, Azərbaycan inkişaf və tərəqqi edə bilməyəcəkdi». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ulu öndər hakimiyyətə gəldikdən sonra respublikanın iqtisadiyyatı əhəmiyyətli dərəcədə gücləndirildi.

  «Ulu öndər Heydər Əliyev respublikaya rəhbər təyin olunanda Azərbaycan iqtisadiyyatı keçmiş İttifaq miqyasında ən geridə qalırdı-sondan ikinci yerdə idi. O illərdə mən tələbə idim və bütün bunlar gözümün qarşısında baş verib. Ulu öndər hakimiyyətə gəldikdən qısa zaman sonra Azərbaycan ittifaq respublikaları arasında ön mövqedə qərarlaşdı, sənaye, kənd təsərrüfatı dirçəldi. Azərbaycanda  ildə 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal edildi. İttifaq əhəmiyyətli zavad və fabriklər, o cümlədən 5 min işçinin çalışdığı Bakı Məişət Kondisionerləri zavodu inşa edildi. İqtisadiyyatın bütün sahələrində çanlanma başladı- respublika böyük bir tikinti-quruculuq meydanına çevrildi. Paytaxtda ucsuz-bucaqsız mənzil tikintisinə başlanıldı-yeni-yeni yaşayış massivləri və qəsəbələr salındı. Kəndlər-şəhərlər abadlaşdırıldı. Neft sənayesi inkişaf etdirildi, artıq nefti xammal kimi deyil, məhsul kimi satmaq üçün Bakıda neft emalı zavodu inşa edildi. Bir sıra yeni iri istehsal müəssisələri istismara verildi.Vətəndaşların sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi kimi gələcək milli ordumuzun özəyini təşkil edəcək hərbi kadrların hazırlanması məqsədilə Bakıda Hərbi məktəb fəaliyyətə başladı, gənclərimiz keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərildilər ki, onların böyük əksəriyyəti bu gün müstəqil Azərbaycan dövlətinin idarəçiliyinə xidmət edirlər", - deyən Eldar İbrahimov Ulu öndərin respublikamız qarşısında göstərdiyi xidmətlərin saymaqla bitirməyin mümkünsüz olduğunu bildirib.

«Azərbaycan Respublikasının son 48 ildəki tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Öz fəaliyyəti ilə müasir Azərbaycan tarixini yaradıb və hələ uzun illər bu tarix davam edəcəkdir. Çünki, əsası Ulu öndər tərəfindən qoyulan bu tarix bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv