Xəbərlər
Xəzər İsayev: Məqsəd Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir və buna nail olunub
«Prezident İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub». Bu fikirləri yap.org.az saytına Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.
X.İsayev bildirib ki, əgər idmanda kütləvilik təmin olunmursa, ciddi uğura nail olmaq mümkün deyil. Onun sözlərinə görə, idmanın kütləviliyi hər bir cəmiyyətdə sağlam nəslin yetişməsində mühüm rol oynayır.
«Bu gün bölgələrin əksəriyyətində olimpiya idman kompleksləri və digər idman qurğuları fəaliyyət göstərir. Gənclər bu komplekslərdən səmərəli istifadə edirlər. Biz müharibə şəraitində yaşayan dövlətik, gənc nəsl nə qədər sağlam olsa, torpaqlarımızı daha güclü qoruyacaq. Çox müsbət haldır ki, belə bir nəsl yetişib. Bütövlükdə, görülən işlər nəticəsində ölkəmizdə peşəkar idmançılar və idman mütəxəssisləri yetişir. Bu da kütləviliyin mühüm amillərindən biridir»- deyə, X.İsayev qeyd edib.