Xəbərlər
Kosta-Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir
Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdədir.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir səfəri çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüş keçirəcək.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, E.Məmmədyarov iyun ayının əvvəlində Kosta-Rikada səfərdə olmuşdu.