YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Üç ölkənin birgə əməkdaşlığı regiona yalnız fayda verir

«Prezidentlərin Soçi görüşündən sonra Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşünün keçirilməsi Cənubi Qafqazda sabitlik üçün təhlükə törədən qüvvələrə işarədir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Ermənistanın təcavüzkar siyasəti bütün Cənubi Qafqaz və Avropa üçün təhlükədir. Onun sözlərinə görə, Naxçıvanda belə bir görüşün keçirilməsinin strateji əhəmiyyəti var.

«Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda təhlükəsizlik sahəsində əvvəllər də əməkdaşlıq ediblər. Bu əməkdaşlığın təməlləri hələ 2000-ci illərin əvvəlindən atılıb. Xüsusən 2001-ci il, 11 sentyabr terror aktından sonra Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizlik sahəsində əməkdaşlıq etməsində geniş imkanlar açılıb. Fikrimcə, müdafiə nazirlərinin bu görüşü təhlükəsizlik sahəsində yeni addımdır. Müzakirə edilən məsələlər göstərir ki, bu üç ölkənin birgə əməkdaşlığı regiona yalnız fayda verir və təcavüzkarın ifşa edilməsində mühüm amillərdən biridir»- deyə, deputat qey edib.

DİGƏR Xəbərlər Arxiv