YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycanın işğal altındakı torpaqlarına turist axını qeyri-mümkündür

Dünya Turizm Təşkilatının xüsusi qərarı var ki, işğal altında olan torpaqlarda, təhlükəli ərazilərdə turizmin təbliği və təşkili məqsədəmüvafiq deyil. Bu, beynəlxalq qurumun təsdiq etdiyi bir qərardır və bütün dünya ölkələrinə bu tövsiyə göndərilir. Sözsüz ki, ona əməl edənlər var. Amma təəssüf ki, Ermənistan bu tövsiyəyə məhəl qoymur. Qəbul olunmuş qərarlara hörmətsizlik göstərilməsi bu ölkənin siyasətidir.

Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Dağlıq Qarabağda otellər tikməsinə, işğal olunmuş ərazilərdəki azərbaycanlılara məxsus evlərin təmir olunaraq hostel kimi istifadəyə verilməsinə münasibət bildirərkən söyləyib.

Dünya Turizm Təşkilatının bu işləri pislədiyini vurğulayan nazir deyib: “Mən inanmıram ki bu gün işğal altında olan torpaqlara turist axını olsun. Bu, qeyri-mümkündür. Yəqin ki, kimsə Ermənistanın diaspor təşkilatları hesabına və ya öz daxili imkanları hesabına gedə bilər. Lakin məlum olduğu kimi, həmin ərazilərə gedənlər Azərbaycana gəlmək imkanından məhrum olunurlar. Bütün beynəlxalq qurumlar da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyirlər”.