YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması yönündə mühüm diplomatik addımlar atır

«Ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub və bunun nəticəsində 1 m ilyondan artıq vətəndaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması dayanır. Onun sözlərinə görə, dövlətimizin həyata keçirdiyi xarici siyasətdə torpaqlarımızın işğaldan azad olunması məsələsi əsas təşkil edir.

«Həm beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlər konteksində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması yönündə mühüm diplomatik addımlar atır. Məsələyə dünya təşkilatlarının münasibətinə gəlincə, reallıqlar göz önündədir. Bilirsiniz ki, bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqqında qərarlar qəbul ediblər. Həmin qərarlarda Azərbaycanın ərazi bütövlüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır. Amma təəssüflər olsun ki, həmin qərarlar icra olunmur. İşğalçı Ermənistan öz adı ilə çağırılmır və tərəflər barışığa çağırılır. Azərbaycan dövləti isə bu məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağıq. Azərbaycan problemin sülh yolu ilə, ədalətli həllinin  tərəfdarıdır. bu problemin həlli üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar fəal olmalı, işğalçı Ermənistana qarşı beynəlxalq hüqu çərçivəsində addımlar atmalıdırlar»- deyə, R.Rzayev vurğulayıb.