YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin birinci yarısında “bp-Azerbaijan” ARDNŞ-ə 1,2 milyard kubmetr səmt qazı verib

Cari ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının operatoru olan “bp-Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təqribən 6,6 milyon kubmetr, ümumilikdə isə 1,2 milyard kubmetr səmt qazı verilib.

“bp-Azerbaijan”dan bildiriblər, hesabat dövründə Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazı sualtı qaz kəməri vasitəsilə birbaşa “Səngəçal” terminalına, oradan isə ölkədaxili istifadə üçün “Azəriqaz” İstehsalat Birliyinin qaz şəbəkəsinə ötürülüb. Həmçinin Mərkəzi, Qərbi və Şərqi Azəri platformalarından səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına nəql olunub. Qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Hazırda Mərkəzi Azəridə altı quyudan laya qazvurma əməliyyatları davam etdirilir. Çıraq platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib.

Şirkət ilin ilk altı ayında buxarlanan qaz kompressorları və boru kəmərlərində nəzərdə tutulan təkmilləşdirmə işlərini başa çatdırıb. Bu da qazın məşəldə yandırılmasının azalmasına imkan yaradıb.

 

DİGƏR Xəbərlər Arxiv