Xəbərlər
Cavid Qurbanov: İyulun əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilmə tarixi məlum olacaq
İyulun əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilmə tarixi məlum olacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iyulun 4 ya 5-də Türkiyənin Qars vilayətində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Gürcüstanın dəmir yolu rəisi və nəqliyyat naziri ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi müəyyən ediləcək. “Bu görüşdən sonra artıq dəqiq tarix barədə məlumat verə biləcəyik”, - deyə C.Qurbanov bildirib.