YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycanda uşaq hüquqlarının təmin olunması istiqamətində zəruri addımlar atılır

«Azərbaycanda uşaq hüquqlarının təmin olunması istiqamətində zəruri addımlar atılır». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, uşaqların hüquqlarının qorunması, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, bu sıraya  onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması da daxildir.

«Hər bir ölkənin gələcək inkişafı üçün bu sahəyə mütləq xüsusi diqqət yetirməlidir. Uşaq hüquqları ilə əlaqədar qanunverciliyin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır» - deyə, deputat qeyd edib.