YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın dayanıqlı iqtisadi inkişafı daha da sürətlənib

«Uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın dayanıqlı iqtisadi inkişafı daha da sürətlənib». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, məhz uzaqgörən və düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz  regionunun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş, bir tərəfdən, respublikamızın geniş inkişaf potensialını əks etdirir.

«Bildiyiniz kimi qarşıda duran əsas hədəflərdən biri iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına reallaşdırmaqdır. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də  “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə başlıca hədəflər sırasındadır. Azərbaycanda bu gün mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat, kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər. Bütün bunlar bir daha Azərbaycanın sürətli inkişafda olması ilə yanaşı, dünyada etibarlı dövlət kimi qəbul olunduğunu bir daha təsdiqləyir»- deyə, C.Osmanov qeyd edib.