Xəbərlər
Prezident George İvanov: Makedoniya ilə Azərbaycan arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm
“Bu xoş fürsətdən istifadə edərək, Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcəkdir”. - Makedoniya Respublikasının Prezidenti George İvanovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrikində belə deyilir.