YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Bir sıra iqtisadi qanunlara əlavə və dəyişikliklərin edilməsi zərurətdən irəli gəlir

«Bir sıra iqtisadi qanunlara əlavə və dəyişikliklərin edilməsi zərurətdən irəli gəlir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, qanunların təkmilləşdirilməsi həmişə diqqət mərkəzindədir.

«Ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara  dəyişikliklərin edilir. Dəyişikliklərin müəyyən hissəsi uyğunlaşdırma məqsədi ilə aparılıb. Bütövlükdə isə yeni şəraitdə islahatların uğurla həyata keçirilməsində qanunvericiliyin təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir»- deyə, komitə sədri vurğulayıb.