YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bəyanat yayıb

ATƏT quruma üzv olan dövlətlərin ərazisindəki münaqişələrin həlli üzrə danışıqlara diqqətini artırmalıdır.

Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, ATƏT təkcə eskalasiyaların qarşısının alınması ilə məşğul olmamalıdır.

Bəyanatda deyilir:

“Əsas məqsədinə və mövcud münaqişələin həlli üzrə dəqiq mandatına uyğun olaraq, ATƏT və onun strukturları təkcə münaqişə vəziyyətlərinin qarşısının alınmasına diqqət ayırmamalı, həm də mövcud formatdan və vasitələrdən istifadə edərək problemlərin qısa zamanda nizamlanmasına gətirib çıxara biləcək həll yollarının axtarışına diqqət yönəltməlidir”.