YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda gender məsələlərinə həssasıqla yanaşılır

“Qadınlar ölkəmizin həyatında mühüm rol oynayır. Ancaq qadınların rolu daha da artırılmalıdır. Azərbaycanda gender məsələlərinə həssasıqla yanaşılır”.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və inkişaf” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən panel müzakirələrində deyib.

Ə.Əhmədov vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi cəmiyyətin inkişafı üçün qadınların potensialından istifadə imkanı yaradır:

“Nə qədər qadınların potensialından ictimai işlərdə, iqtisadiyyat və digər sahələrdə istifadə edilir, cəmiyyət o qədər sürətlə inkişaf edir".

Baş nazirin müavini vurğulayıb ki, beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70, qadınların 46 faizi ictimai fəaliyyətə cəlb edilib:

“Ancaq dünyada bütövlükdə görülən işlərin 2/3-ni qadınlar yerinə yetirirlər. Bura ev təsərrüfatı da daxildir”.

Əli Əhmədov vurğulayıb ki, qadınlar görülən işlərin 2/3-ni yerinə yetirməsinə baxmayaraq, yaradılan dəyərlərin yalnız 10 faizi qadınlara çatır:

"Dünyada təhsil almaqdan məhrum olanların 2/3-i də qadınlardır. BMT-nin hesablamalarına görə, dünyada hər dəqiqə doğuş zamanı 1 qadın, il ərzində 500 minə qədər qadın həyatını itirir".

Əli Əhmədov qadınların ictimai sferada, iqtisadi fəaliyyət sahəsində iştirakının artması ilə cəmiyyətin inakişafında mühüm rol oynadağını vurğulayıb:

"Bu mənada gender məsələsində Yaponiyanın təcrübəsinin öyrənilməsinin tərəfdarı deyiləm, ümumən qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığı modellərin bəynənilməsinin tərəfdarıyam".

Baş nazirin müavini vurğulayıb ki, təhsil, səhiyyə sahəsində qadınların iştirakı kişilərdən xeyli üstündür:

“Bu sahədə çalışanların təxminən 70 faizindən çoxu qadınlardır. Bu, Azərbaycan qadınlarının savadlı olmasını aydın göstərir. Bələdiyyələrdə qadınlar təxminən 30 faizdən artıq təmsil olunurlar. Digər sahələrdə də qadınlar aktivlik göstərir”.