YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvü: Azərbaycan etnik cəhətdən multikultural ölkədir

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Azərbaycan üzrə İşçi qrupun üzvü, İllinoys ştatını təmsil edən Rendi Haltqren Azərbaycanın milli bayramı – Respublika Gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.

Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik parlamentli respublika qurduğunu bildirib.

R.Haltqren həmin zamandan etibarən, xüsusilə son 25 ildə ABŞ-ın Azərbaycanla və Azərbaycan xalqı ilə əlaqələri genişləndirdiyi və gücləndirdiyini qeyd edib.

Bəyanatda Konqres üzvü müsəlman dövləti olmasına baxmayaraq xristian, yəhudi və digər dini icmaların birgə yaşadığı Azərbaycanın etnik cəhətdən multikultural bir ölkə olduğunu vurğulayıb. Habelə Azərbaycanın Xəzər regionunda enerji bazarlarında aparıcı rol oynadığını bildirib.

Sonda ABŞ-ın Azərbaycanla iqtisadi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı və tərəfdaşlığı gücləndirdiyini qeyd edən R.Haltqren Azərbaycanın ABŞ-la birgə terrorçuluğa qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini vurğulayıb.