YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emmanuel Makron: Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin tapılmasında Fransa öz öhdəliyinə sadiq qalacaqdır

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın milli bayramı münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər, xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi.

Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək.

Eyni zamanda, Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaqdır”.