YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzindədir

«Əmək resurslarının səmərəli məşğulluğunun təminatı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatların əsas hədəfləri sırasındadır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, son 13 il ərzində dinamik iqtisadi inkişaf şəraitində ölkəmizdə 1,6 milyondan artıq yeni iş yeri yaradılıb, işsizlik kəskin şəkildə azalaraq 5 faizə enib. Onun sözlərinə görə, bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin müasir beynəlxalq standartlar əsasında qurulması, o cümlədən bu sahədə əmək bazarının çağırışlarına adekvat cavab verə bilən kadr potensialının formalaşdırılması yönündə də addımlar atılır.

«Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzindədir. Bu yöndə hökumət tərəfindən çox vacib tədbirlər həyata keçirilir. Görülən işlər ciddi nəticələr verməkdədir»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv