Xəbərlər
Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir

Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası öz işinə başlayıb.
İclasda Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiqi, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi, Cinayət, Vergilər və Əmək Məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 38 məsələ müzakirəyə çıxarılır.