Xəbərlər
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik ünvanladı
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/de4c28d7ba985c66a1dfbab00f79f300.jpg&w=360)
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm.”