Xəbərlər
Azərbaycanın müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələsini də müzakirə ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.