Xəbərlər
BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya Azərbaycana rəsmi səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Şeyx Abdullah Bin Zayed Əl Nəhya 21-22 mayda Azərbaycanda rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın 22 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.