YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Çalışmalıyıq ki, önümüzdəki müddətdə ÜAK-la bağlı hüquqi qərarı xeyrimizə dəyişdirə bilək

«Rusiya ilə Azərbaycanın təxminən 200 illik ortaq siyasi tarixi var. 200 ildə bu münasibətlər Krılovun məşhur «Qurd və quzu» təmsilində nəql olunan hadisəyə bənzəyir». Bu fikirləri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gün parlamentin iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması haqqında qərarı da bəhanədir. Onun sözlərinə görə, Rusiya ilə dostluq Azərbaycana lazımdır. Çünki Rusiya Azərbaycan üçün vacib ölkədir.

«Rusiyada da hesab etməlidirlər ki, Azərbaycan da onlar üçün vacib ölkədir. Rusiya hesab edir ki, ona qarşı beynəlxalq hüquq manipulyasiya edilir, onun hüquqları tapdanır. Biz də düşünürük ki, belədir. Amma Rusiya ÜAK-la bağlı qərar qəbul edəndə nəzərə almalıdır ki, onlar da öz qərarlarında hüquqla manipulyasiya edirlər,  ÜAK-a qarşı ədalətsiz mövqe tutmaq olmaz. Əgər məsələyə bu gözlə baxsalar, ədalətli qərar qəbul edə bilərlər. Proses hələ başa çatmayıb, ona görə də mübarizəmizi  davam etdirməliyik. Azərbaycan diplomatiyası, parlament, diasporumuz bu işdə səfərbər olmalıdır. Çalışmalıyıq ki, önümüzdəki müddətdə ÜAK-la bağlı hüquqi qərarı xeyrimizə dəyişdirə bilək»- deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv