YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Baş nazirinin müavini: Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının tamamlanması üçün ciddi problem qalmayıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşasının tamamlanması üçün ciddi problem qalmayıb.

Bunu avqustun 13-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili deyib.

Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə BTQ dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının Bakıda keçirilən 20-ci iclasında çıxış edən G.Kvirikaşvili layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkəsi bu layihəyə xüsusi önəm verir. “Qarşımızda duran məsələlərin operativ həlli üçün bu cür görüşlərin keçirilməsi müsbət haldır. Ümid edirəm ki, uğurlu əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək”, - deyə G.Kvirikaşvili vurğulayıb.

Qeyd edək ki, BTQ dəmir yolunda ilk qatarın bu ilin sonunadək xəttə buraxılması, 2015-ci ildən isə yolun tam istismara verilməsi nəzərdə tutulur. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya birbaşa çıxışına imkan verəcək.