YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının IX Konfransı keçirildi

Mayın 11-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının  IX Konfransı keçirildi.

Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsini ziyarət edərək gül dəstələri qoydular.

Konfransın rəsmi hissəsində Dövlət Himni səsləndikdən sonra YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev hesabat məruzəsi ilə çıxış etdi.

Rayon təşkilatının sədri bildirdi ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın  memarı olduğu kimi, eyni zamanda Yeni Azərbaycan Partiyasının  yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyevin nurlu zəkasından yaranan  və cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli  fəaliyyəti ilə güclənən  Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını  birləşdirmək baxımından  cəmiyyətin alternativsiz partiyasıdır.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev qeyd etdi ki,

Yeni Azərbaycan Partiyasının  Biləsuvar rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin yanvar ayının 12-də təsis olunan sıralarında 5069 nəfər partiya üzvü və 70 ərazi ilk partiya təşkilatını birləşdirən Biləsuvar rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir. YAP Biləsuvar rayon təşkilatı  VIII Konfransdan ötən müddət ərzindən  Yeni Azərbaycan Partiyasının Nizamnamə tələbləri çərçivəsində  fəaliyyət göstərərək  partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirir. Rayon təşkilatının sıralarında  1478 nəfər qadın, 1378 nəfər gənc üzv vardır. Təşkilat daxilində partiya sıralarına qəbul  yüksələn xətlə davam etməkdədir. Hesabat dövründə  738 nəfər üzv partiya sıralarına qəbul edilmişdir ki, onların da 47 % gənclərdir.  Ulu Öndərimiz deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bu günkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”. Bu gün Ulu Öndərin  gənclər qarşısında qoyduğu  vəzifələr rayon təşkilatının hər bir gənc üzvünün şüarına  çevrilmişdir. Hesabat dövrü ərzində YAP rayon təşkilatı İdarə Heyətinin  38, Şurasının isə 12 yığıncağı keçirilmiş, həmin iclaslarda  partiya təşkilatı və ideoloji işin aktual məsələlərinə dair 70 məsələ müzakirə edilərək  müvafiq qərarlar qəbul edilmişdir.

YAP Biləsuvar rayon təşkilatının sədrinin hesabatından sonra nəzarət təftiş qrupunun hesabatı dinlənildi.

Daha sonra konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf rolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söhbət açdı. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi,  demokratik  təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. YAP Azərbaycan  siyasi palitrasında milli siyasi iradəni  təmsil edən  avanqard siyasi qüvvə olaraq xalqımız ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə  etməkdədir.

Konfransda YAP rayon təşkilatı gənclər birliyinin sədri Aqşin Bağırov, partiyanın rayon təşkilatı qadınlar şurasının sədri Ləman Yüzbaşova, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, Çaylı kənd ərazi ilk partiya təşkilatının sədri Rəşad Əliyev çıxış etdilər. Çıxış edənlər YAP Biləsuvar rayon təşkilatının  hesabat dövrü ərzindəki  fəaliyyətinin qənaətbəxş hesab etdiklərinin bildirdilər.

YAP Biləsuvar rayon təşkilatının IX konfransının qətnamə layihəsi oxunaraq təsdiq edildi və təşkilati məsələlər müzakirə olundu. Rayon təşkilatının  31 nəfər tərkibdə yeni Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti,  eləcə də nəzarət-təftiş qrupu seçildi. Kamil Səfər oğlu Mirzəyev yenidən YAP Biləsuvar rayon təşkilatının sədri seçildi.

Konfransda Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının bir qrup fəal üzvünə  Fəxri fərman, partiyaya yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olundu.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət  qəbul olundu.