YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda hər bir vətəndaşın dini etiqad azadlığı vardır

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xaçmaz şəhərində dini icmaların nümayəndələri ilə görüş keçirdi.

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimlərinin, ziyalıların və rayon ağsaqqallarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzdülər. Sonra görüş iştirakçıları Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxdılar.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirdi. Dövlət Komitəsinin sədri bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışdı. Bildirildi ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.

Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulandı.

Görüşdə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verildi. Bildirildi ki, şimal regionunda 200-dən artıq məscid mövcuddur.

Sonda DQİDK-nın sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.