YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nizami rayon təşkilatının təşəbbüsü ilə “Xalq Heydər söyləyəcək” devizi ilə toplantı keçirildi

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami rayon İcra Hakimiyyətinin və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalq Heydər söyləyəcək” adlı tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Dövlət himninin səslənməsindən sonra ümummilli lider Heydər Əliyevin və şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ümummilli Liderin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq olub. Müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev həmişə Azərbaycanı özünə güvənən, qüdrətli bir ölkəyə çevirmək istəyib.

Mərkəzin direktoru Qalib Həsənov da ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyin qorunub saxlanması istiqamətində gördüyü işlərdən danışıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib və bir qrup gənc mükafatlandırılıb.