YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Hüseynov: Azərbaycan əhalisinin sayı az olsa da, Avropa ilə eyni sayda qaçqın və məcburi köçkün problemi ilə üzləşib

«Bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı 60 milyona çatır. Bu isə 20 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artım deməkdir. Miqrasiya proseslərini idarə etmək hakimiyyətlərin qarşısında duran vəzifədir. Azərbaycan əhalisinin sayı az olsa da, Avropa ilə eyni sayda qaçqın və məcburi köçkün problemi ilə üzləşib».  Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov  bildirib ki, ölkəmizdə 250 min nəfər məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu insanların problemlərinin həlli üçün milyardlarla dollar vəsait sərf edilib. Azərbaycan dövləti torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı “Böyük qayıdış” proqramı hazırlayır. Bu baxımdan, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin doğma torpaqlarına qayıdışına hazırlaşmasını xüsusi qeyd etmək olar.

«Ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş vahid Azərbaycan modeli var. Bu gün dünyada bu problemin həllində Azərbaycanın təcrübəsindən istifadə edilir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən çox mühüm işlər həyata keçirilir. Bu da Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən dünyaya nümunə göstərilir. Azərbaycanda heç vaxt etnik və dini zəmində qarşıdurma olmayıb. Təəssüf ki, bəzi ölkələr qaçqın və miqrantların qarşılanmasına mənfi münasibət bəsləyir. Bu ölkələrdən biri kimi Ermənistanı qeyd etmək olar. Bu ölkə Suriyadan gələn erməniləri qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir»- deyə, F.Hüseynov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv