YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ulu Öndərin bütün ideyaları bir islahatçılıq strategiyasıdır

Ulu öndər Heydər Əliyevin bütün həyatı, ideyaları özlüyündə islahatçılıq fəlsəfəsidir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən dəyişikliklərə nəzər salsaq, bu fikrin nə qədər doğru olduğunu görərik.

Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov mayın 6-da "Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası" mövzusunda təşkil olunan konfransda söyləyib.

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən konfransda Əli Əhmədov bildirib ki, 1990-cı illərin əvvəllərindəki və Ulu Öndərin hakimiyyətə qayıdışından sonrakı illərdəki dövrü müqayisə etsək, bir-birindən fərqlənən iki Azərbaycan görərik. Xaos, anarxiya, ümidsizlik içərisində olan, tənəzzüldə yaşayan Azərbaycanda məhz Ulu Öndərin həyata keçirdiyi qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində dinamik inkişaf təmin edildi.

Ulu Öndərin islahatlar strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayan Baş nazirin müavini deyib: "Ulu Öndərin bütün ideyaları bir islahatçılıq strategiyasıdır. Son illərdə ölkə həyatının bütün sahələri bu islahatlar nəticəsində müsbət istiqamətdə dəyişib, müasir müstəqil Azərbaycan daha da güclənib. Əminəm ki, bugünkü tədbirdə iştirakçılar Prezident İlham Əliyevin uğurla reallaşdırdığı bu islahatlar strategiyası ətrafında fikir mübadiləsi aparacaq, konfrans maraqlı ideyalarla zəngin olacaq".

DİGƏR Xəbərlər Arxiv