YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Prezident İlham Əliyevin sürətlə yürütdüyü iqtisadi reformalar siyasətinin Azərbaycanı öz məqsədinə qovuşduracağına xalqımızın zərrə qədər şübhəsi yoxdur

«Azərbaycanın ən böyük nailiyyətlərindən biri siyasi sabitlik, digəri  isə sürətli tərəqqidir. Tərəqqi sabitlikdən yaranır, amma daimi olanda sabitliyə xidmət edir». Bu fikirləri Bakı Slavyan Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü Nurlana Əliyeva  YAP-ın təşkilatçılığı ilə keçirilən  «Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası» mövzusunda konfransda deyib.

N.Əliyeva bildirib ki,  ölkədəki yeniləşmə və tərəqqini hər kəs öz şəhərində, küçəsində, oxuduğu məktəbdə, işlədiyi müəssisədə görür. Və prezidentimiz də , insanlarımız da, bunun qədrini bilir. Çünki sabitlik bütün uğurlarımızın dayağıdır. Hər şey onun üstündə qurulur və tərəqqi edir. Sabitlik ilk növbədə insanlara və kadrlara münasibətə bağlıdır.

«Müstəqil dövlət xalqın gələcəyini qurmaq üçündür. Prezident ilham Əliyevin sürətli reformalar siyasəti həm də buna yönəlib. İnfrastruktur layihələrindən ərzaq təhlükəsizliyinə, yeni sənaye qovşaqlaından kənd yollarına qədər hər şey dövlətimizin tərəqqi strategiyasının tərkib hissəsidir. Bütün bunlar ölməz Heydər Əliyevin çiçək açan arzularıdır, ömrünü sərf etdiyi hədəflərdir. Biz Prezidentimiz İlham Əliyev ilə birlikdə  Ulu Öndərin yolu ilə gedirik, bu yol qələbələr yoludur. Prezident İlham Əliyevin sürətlə yürütdüyü iqtisadi reformalar siyasətinin Azərbaycanı öz məqsədinə, niyyətinə, intibahına qovuşduracağına xalqımızın zərrə qədər şübhəsi yoxdur. Bizə inam verən və nikbin edən də bu qüdrətli siyasətin göz önündə olan nəticələridir»- deyə, N.Əliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv