Partiya xəbərləri
YAP Şəmkir rayon təşkilatının IX konfransı keçirilib
Mayın 4-də Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransı keçirilib.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.
Sonra Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində konfrans davam edib.
Konfransda YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatları Sahibə Qafarova, Sona Əliyeva, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev iştirak ediblər.
Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hesabat məruzəsi ilə çıxış edib. YAP-ın zəngin tarixi fəaliyyəti haqqında danışan F.Vəliyev bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.
Fəxrəddin Vəliyev məruzəsində hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, YAP Şəmkir rayon təşkilatı 1993-cü il iyul ayının 18-də öz təsis konfransını keçirmişdir. Ötən müddət ərzində YAP Şəmkir rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda YAP Şəmkir rayon təşkilatı öz ətrafında 112 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Şəmkir rayon təşkilatının üzvlərinin sayı 11754 nəfərdir. YAP Şəmkir rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Daha sonra rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri İdris Əbdürrəhmanovun məruzəsi dinlənilib.