YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstanda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün təqaüd təsis olunub

Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə təqaüd təsis edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, həmin hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir. Aylıq məbləği 200 manat müəyyənləşdirilmiş təqaüdün hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, ailə üzvlərinin sayına bərabər bölünməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi nəzərdə tutulur.
Nazirlər Kabinetinə təqaüdün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etmək barədə tapşırıq verilib.
Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.