YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Duqin: Başqa regionlarla müqayisədə Azərbaycanda rusların vəziyyəti xeyli yaxşıdır

Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Azərbaycanın Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzində olub.

Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin qonağa ölkəmizdə rusların vəziyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin yaşaması, onların əmək fəaliyyəti üçün hər cür şərait yaradılıb. M.Zabelin vurğulayıb ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Azərbaycan xalqı əzəldən tolerantlığı, dözümlülüyü, başqa dinlərə və mədəniyyətlərə hörmət hissini həyat tərzinə çevirərək, bu prosesə böyük töhfə verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsi heç də təsadüfi olmayıb. Bunun dərin tarixi kökləri var. Şərqlə Qərb arasında körpü olan Azərbaycan multikultural cəmiyyət nümunəsidir. Əsrlər boyudur azərbaycanlılar müxtəlif xalqların və konfessiyaların nümayəndələri ilə sülh və həmrəylik şəraitində yaşayırlar.

M.Zabelin qeyd edib ki, rus və Azərbaycan xalqlarını əzəldən mədəni və mənəvi bağlar birləşdirir. Məsələn, rus dilinin və rus mədəniyyətinin qorunub saxlanılması və inkişafı ölkəmizdə hərtərəfli dəstəklənir, bütün ali təhsil ocaqlarında tədris rus dilində aparılan fakültələr var. Azərbaycanın 120 minlik rus icması Cənubi Qafqazda ən böyük rus icmasıdır. Azərbaycanın layiqli vətəndaşları olan ruslar ölkəmizin inkişafına sanballı töhfə verirlər.

Müxtəlif ölkələrdə rus diasporunun problemləri üzrə mütəxəssis olan A.Duqin bildirib ki, bir çox dövlətlərdə ruslar dağınıq halda yaşayır və həmrəy deyillər. Bu baxımdan Azərbaycanın istisna təşkil etdiyini vurğulayan rusiyalı qonaq deyib: “Başqa regionlarla müqayisədə Azərbaycanda rusların vəziyyəti xeyli yaxşıdır”.

DİGƏR Xəbərlər Arxiv