YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir sıra ölkələrin mədəniyyət nazirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Xəbər verdiyimiz kimi, mayın 4-dən 6-dək UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Forumda Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avci, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinsky, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mikheil Giorgadze, Qətərin mədəniyyət və idman naziri Salah N.A.Al-Madheed, Makedoniyanın mədəniyyət naziri Elizabeta Kancheska Milevska, Misir Ərəb Respublikasının mədəniyyət naziri Helmy Eltantawy, Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri Meaza Gebremedkin, İraqın mədəniyyət, turizm və əntiq əşyalar naziri Fryad F.Hassan, Cənubi Sudan Respublikasının mədəniyyət, gənclər və idman naziri Nadia Mayom, Sudanın mədəniyyət və informasiya naziri Al-Tayyib Hassan Badawi, Mavritaniya İslam Respublikasının mədəniyyət və sənətkarlıq naziri Hindou Mint Ainina, Monteneqronun mədəniyyət naziri Janko Ljumovic, Seyşel Adaları Respublikasının gənclər, idman və mədəniyyət naziri Idith Alexander, Tacikistanın mədəniyyət naziri Orumbekzoda Shaiddin Shodibek, Keniyanın gənclər, mədəniyyət və incəsənət naziri Hassan Arero iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Forum artıq dördüncü dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

DİGƏR Xəbərlər Arxiv