Xəbərlər
Yayla Kılıc: Çox şadam ki, qardaş ölkədə keçirilən marafonda birinci oldum
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”də Türkiyə vətəndaşı Yayla Kılıc qadınlar arasında finiş xəttinə çatan ilk iştirakçı olub.
Yayla Kılıc jurnalistlərə müsahibəsində bildirib ki, o, əslən İğdır vilayətindəndir. “Bu yarışdan əvvəl Antalyada təşkil edilən “Runatolia” marafonunda 1 saat 21 dəqiqə ilə birinci olmuşdum. Bu gün Bakıda da qalib gəlməyim məni hədsiz sevindirdi. Çox şadam ki, qardaş ölkədə belə bir marafonda birinci oldum”, - deyə “Bakı Marafonu-2017”nin qalibi bildirib.
Türkiyəli atlet qeyd edib ki, Bakı Marafonunda ilk dəfə iştirak edir. O deyib: “Marafon çox gözəl keçdi. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Gələcəkdə Bakıda yenə də marafon təşkil edilərsə, məmnuniyyətlə gəlib iştirak edəcəyəm”.