YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Neft Şirkəti iyul ayında dövlət büdcəsinə 149 milyon 294 min manat vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən iyul ayında dövlət büdcəsinə 149 milyon 294 min manat vəsait ödənilib.

ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,3 faiz artaraq 15 milyon 208 min manata çatıb. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında şirkət dövlət büdcəsinə 1 milyard 117 milyon 603 min manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 197 milyon 969 min manat və ya 21,5 faiz çoxdur.

İyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 261 min manat, yanvar-iyul aylarında isə ümumilikdə 83 milyon 498 min manat vəsait ödəyib.