YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirdəki Azərbaycan diasporu bu ölkədəki yerli və beynəlxalq təşkilatlara müraciət edib

Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və xarici qurumlara bəyanat ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.


Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur.

Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozması nəticəsində Azərbaycanın 13 hərbçisi həlak olub. Müraciətdə Ermənistan silahlı qüvələrinin sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara atəş açması və bir nəfər yerli sakinin qətlə yetirilməsi xüsusi qeyd edilir.
Misirdəki Azərbaycan Diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən müharibəni alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb.

Bəyanat Misirdə fəaliyyət göstərən yerli ve beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət qurumlarına göndərilib.