Xəbərlər
TİKA ermənilərin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan Azərbaycan əsgərlərinin müalicəsini öz üzərinə götürüb
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərin bəziləri müalicələrini Türkiyədə davam etdirəcəklər.
Trend-in məlumatına görə, Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) yaralı əsgərlərin müalicəsinə kömək məqsədilə Azərbaycana rəsmən müraciət edib.
Artıq səhər saatlarında yaralı əsgərlərdən bəziləri TİKA-nın helikopterləri ilə Türkiyəyə aparılacaqlar.