YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti: IV İslam Həmrəyliyi Oyunları tariximizdə növbəti qələbə kimi qalacaq

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bu da öz növbəsində IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini gücləndirir.

Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirib.

“Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq”, - deyən Mehriban Əliyeva şəhərimizin Oyunların açılışına hazır olduğunu vurğulayıb.

Birinci vitse-prezident qeyd edib ki, bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.