Xəbərlər
"Silk Way Airlines" və "Boeing" korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar
Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar.
Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən aprelin 14-də Bakıda imzalanıb. İmzalama mərasimində "AZAL"ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak ediblər.
Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir.
ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.