YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Lənkəran şəhər təşkilatının IX konfransı keçirilib

Aprelin 13-də Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının IX konfransı keçirilib.

Tədbir iştirakçıları öncə Lənkəran şəhərində Ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov YAP-ın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. Təşkilat sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası ötən müddət ərzində çətin və şərəfli yol keçib. Bu gün Ümummilli liderimizin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Daha sonra şəhər təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Nübuvvət Allahverdiyevin məruzəsi dinlənilib. Konfransda məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər YAP Lənkəran şəhər təşkilatının IX konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi nailiyyətlər və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs ediblər.

Konfransda təşkilati məsələlərə baxılıb, yeni tərkibdə Şura, İdarə Heyəti  və Nəzarət-Təftiş Komissiyası seçilib. İlqar Dadaşov yenidən YAP Lənkəran şəhər Təşkilatının sədri seçilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.