YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyi “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimini keçirdi

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirilmişdir. 

Tədbiri giriş nitqi ilə açan YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov   qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. O, Layihənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ bəndinə uyğun olaraq həyata keçirildiyini vurğulayaraq,  layihə iştirakçılarına uğurlar arzulamışdır. Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat vermiş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildiyini qeyd edərək, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsini,  xalça sənətinin dirçəlişini qeyd etmişdir. Daha sonra Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova layihədə Xalça Muzeyinin əməkdaşları tərəfindən gənclərə xalçaçılıq üzrə tədris planı, mühazirənin olacağını, bu müddət ərzində 1 nəfər xalçaçı-rəssam layihə iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, toxucu isə xalçanın toxunma texnikalarını öyrədəcəyini qeyd edib.

Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.