YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının XI konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XI konfransı keçirilib.

Konfransda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hesabat məruzəsi ilə çıxış edib. YAP-ın zəngin tarixi fəaliyyəti haqqında danışan H.Mirələmov bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. O, qeyd etmişdir ki,  1993-cü il fevral ayının 13-də təsis konfransını keçirən YAP Xətai rayon təşkilatı həmin dövrdə 25 ərazi üzrə ilk partiya təşkilatında 500 nəfər YAP üzvünü birləşdirirdi. Ötən müddət ərzində YAP Xətai rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda YAP Xətai rayon təşkilatı öz ətrafında 143 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Xətai rayon təşkilatının üzvlərinin sayı 16062 nəfərdir. X konfransdan ötən müddət ərzində 1094 nəfər YAP sıralarına qəbul edilmişdir. Bunlardan 404 nəfəri gənclər, 508 nəfəri qadınlardır. Ümumilikdə təşkilat üzvlərinin 3710 nəfəri gənclər, 7990 nəfərini isə qadınlar təşkil edirlər. Hesabat dövründə 1979 nəfər digər rayon təşkilatlarına getmiş, 643 nəfər başqa rayon təşkilatlarından gəlmişdir. YAP Xətai rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.

Hesabat məruzəsindən sonra Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. 

Daha sonra konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvlərindən Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. 

Konfransda həmçinin, təşkilati məsələlərə də baxılıb. Yeni tərkibdə rayon təşkilatının Şura və İdarə Heyəti seçilmişdir. Milli Məclisin deputatı H.Mirələmov yenidən YAP Xətai rayon təşkilatının sədri seçilmişdir. 

Sonda konfrans iştirakçıları Yeni Azərbyacan Partuiyasının Sədri, Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.