Xəbərlər
Martda BTC ilə 2,1 milyon tona yaxın Azərbaycan nefti nəql olunub
Bu ilin mart ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 79 min 910 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar-mart aylarında bu kəmərlə 6 milyon 481 min 809 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 328 milyon 19 min 871 ton neft vurulub.
Bundan başqa cari ilin mart ayında BTC kəməri ilə 17 min 471 ton Türkmənistan nefti nəql olunub.