Xəbərlər
Asim Mollazadə: Bütün dünya bilir ki, Ermənistan müstəqil dövlət deyil
«Ermənistandakı saxta seçkiləri cinayətkar rejim öz iqtidarını qorumaq üçün keçirdi. Onların məqsədi hakimiyyətlərini qoruyaraq mənfur siyasətlərini davam etdirmək, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu saxlamaqdır». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
A.Mollazadə bildirib ki, işğalçı Ermənistandakı rejim hakimiyyətini qorumaq üçün xalqın yarısını qırmağa hazırdır. Onun sözlərinə görə, bütün dünya bilir ki, Ermənistan müstəqil dövlət deyil.
«Düşmən ölkənin hərbi forpost olduğu hamıya məlumdur. Bu forpostu idarə edən qüvvələr öz mənfur istəklərini həyata keçirmək üçün xalqa qənim kəsiliblər. Beynəlxalq ictimaiyyət isə Ermənistanda baş verən cinayətkarlıq və saxtakarlığa göz yumur. Bu, ikili standartların mövcudluğunu bir daha nümayiş etdirir»- deyə, komitə üzvü qeyd edib.