Xəbərlər
Sədaqət Vəliyeva: Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir
«Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, bu prosesdə başlıca institut kimi çıxış edən Milli Məclis xüsusi rol oynamaqla üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir». 2015-ci il parlament seçkilərindən sonra Milli Məclisdə yeni komitələrin yaradıldığını xatırladan millət vəkilinin sözlərinə görə, həmin komitələrin sırasında Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələri də xüsusi fəallığı ilə seçilirlər.
«Bu günə qədər Səhiyyə komitəsində “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə və digər məsələlər haqqında müzakirələr aparılıb. Ailə, qadın və uşaq məsələləri komitəsində isə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə müzakirələr aparılıb, müxtəlif təkliflər irəli sürülüb. Bütün bunlarla yanaşı, komitələrin iştirakı ilə müxtəlif ictimai aktuallıq kəsb edən problemlərlə əlaqədar dinləmələr, konfranslar təşkil edilib. Məhz, adı keçən komitələrdə bundan sonra da cəmiyyətimizi narahat edən problemlərin həlli istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi yönündə yeni-yeni addımlar atılacaq»- S.Vəliyeva vurğulayıb.