Xəbərlər
Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir
Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Türkiyə ümumilikdə dünyada vacib oyunçu olmağa səy göstərir:
"Biz dünyada bütün danışıqlar arenalarında olmaq istəyirik. Dünyanın hər yerində məzlumları və köməksizləri müdafiə etməyə çalışırıq".
M.Çavuşoğlu bildirib ki, Türkiyə münaqişələrin nizamlanması, Suriyada müharibəyə son qoyulması və Balkan ölkələrinin inkişafı üçün fəaliyyət göstərir.